ABŞ-ın anti-Rusiya mövqeyi: Regionu nələr gözləyir?

image-abs-ruisyabackend

“Amerika Birləşmiş Ştatları və Rusiya arasında münasibətlərin kəskinləşməsi və “soyuq münasibətlər” müstəvisinə keçməsinin post-sovet məkanına, xüsusən də regiona çox ciddi mənfi və müsbət təsirləri ola bilər”.

Bu sözləri Busaat.az-a “Cənubi Qafqaz” Araşdırmalar Mərkəzinin sədri, politoloq Məhəmməd Əsədullzadə ABŞ-ın anti-Rusiya mövqeyinin regiona təsirlərini şərh edərkən deyib.

Əlavə edib ki, Bayden adminstrasiyası nəhayət, 4 ildən sonra Birləşmiş Ştatların dünya hegamonluğuna qayıdacağını elan edib: “ABŞ-ın bu istiqamətdə əsas fəaliyyət planı isə Rusiyanı sıxışdırmaq, xarici siyasətdə Rusiyanı düşmən elan etməkdən ibarətdir ki, ABŞ artıq bu elanı edib. Yəni, Amerika bu istiqamətdə də Rusiyaya qarşı mümkün tədbir və təzyiqlərini həyata keçirəcək. Biz bunu artıq NATO çətiri altında Qara dənizdə, Şərqi Avropa və Yaxın Şərqdə görürük. Çünki artıq Suiyada da ABŞ fəaliyyətini artırıb, həmçinin, Ukraynada baş verənlər də Rusiyanın mövqeyinin zəiflədilməsinə hesablanıb”.

“Hesab edirəm ki, ABŞ və Rusiya arasındakı proseslərin alovalnamsı Cənubi Qafqazdan, yəni, Azərbaycanın yerləşdiyi regiondan da yan keçməyəcək və müəyyən dərəcədə Rusiyanın regiona ciddi təzyiqləri ilə nəticələnəcək. Çünki Rusiya Prezidenti Vladimir Putin də ötən həftə Krımın 7 illiyi ilə bağlı tədbirdə Rusiyanın yanında olmayan ölkələrə qarşı tədbirlər görəcəklərini elan etdi. Məhz həmin elan ABŞ-ın Rusiyaya qarşı başlatdğı “Soyuq müharibə”yə alternativ mesaj idi. Təbii ki, bu mesaj daha çox Ukrayna, Gürcüstan və Moldovaya ünvanlanmışdı. Çünki Azərbaycan regionda müstəqil, manevr siyasəti aparır və Türkiyə ilə koordinasiyalı işləyir”-politoloq vurğulayıb.

Əsədullzadə proseslərin Azərbaycan üçün nəticələnəcək müsbət nüanslarına da toxunub: “Belə ki, artıq Rusiyanın mövqeyi zəifləyir, Türkiyə Rusiyaya qarşı şərtlərini qəbul etdirir. Bu da Qarabağda Rusiya sülhməramlılarının pozuculuq fəaliyyətinin qarşısının alınmasına, Qarbağdakı ermənilərin Azərbayacana inteqrasiyasa olunmasına gətirib çıxara bilər. Lakin məlum məsələdir ki, hər zaman fövqəldövlətlərin bir-birlərinə qarşı apardığı müharibələr kiçik ölklərin başında çartlayır. Və tərəflər məhz kiçik və özlərindəna asılı olan ölkələr vasitəsi ilə bir- birlərinə təzyiq etməyə çalışırlar”.

“İstənilən halda, artıq Rusiyaya qarşı sərt sanksiyalar qüvvəyə minir və bu sanksiyaların Rusiya siyasi elitasında parçlanmaya gətirib çıxaracağı istisna edilmir. Bu da Rusiyadakı mühafizəkarların post-sovet məkanına, xüsusən də Ukrayna və Gürcüstana qarşı daha ciddi təzyiqlər etməsinə gətirib çıxara bilər. Lakin görünən odur ki, proseslər Rusiyanın əleyhinə işləyir və ona görə də son nəticədə ABŞ Rusiya üzərində öz dominatlığını təmin edəcək”-deyə, ekspert fikrini yekunlaşdırıb.

 

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90