Məzmuna keç
  • Azeri Light99.88 $▲0.76%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin67 071 $▼1.69%
  • Ethereum1 900 $▼1.44%
  • S&P 5007 562▼0.40%
11°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

ABŞ kəşfiyyatı Ukraynanın sirrini açdı: “Duqinanın qətlinin arxasında ukraynalılar var”

image-skynews-graphic-alexander-dugin_5872678
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

ABŞ-ın nüfuzlu “The New York Times” qəzeti ABŞ kəşfiyyat xidmətlərinə istinadən iddia edib ki, tanınmış rus siyasi ekspert Aleksandr Duqinin qızı Darya Duqinanın qətlinə “Ukrayna hökumətindəki bəzi qüvvələr icazə verib”.

Qəzetin xəbərinə görə, ABŞ kəşfiyyatdan rəsmilər ABŞ-ın hücumun bir hissəsi olmadığını, kəşfiyyat və ya digər məsələlərdə hər hansı yardım göstərmədiyini bildiriblər. ABŞ kəşfiyyatçıları həmçinin qeyd edib ki, onlar sui-qəsd planından xəbərsiz olublar və hətta xəbərləri olmuş olsaydı, bu addıma qarşı çıxacaqdılar.

Digər tərəfdən mənbə qeyd edib ki, Birləşmiş Ştatlar bu cür hücumların müharibənin gedişatına təsir göstərə biləcəyindən və Rusiyanı Ukraynanın yüksək rütbəli məmurlarına qarşı sui-qəsd planlarına sövq edə biləcəyindən narahatdır. İndi ABŞ rəsmiləri “Ukraynanın Rusiya torpaqlarında hərbi və məxfi planları ilə bağlı şəffaflığının olmamasından məyus olduqlarını” bildirir.

Bəzi ABŞ rəsmiləri hesab edir ki, əməliyyatın əsas hədəfi Duqinanın atası Aleksandr Duqin olub. Əməliyyatı həyata keçirən agentlər atasının da Duqina ilə birlikdə maşında olduğundan əmin olub, buna görə partlayış reallaşdırılıb.

Qeyd edək ki, Rusiyanın tanınmış siyasi eksperti Aleksandr Duqinin qızı Darya Duqina avqustun 20-də Moskva vilayətinin Odintsovo şəhəri yaxınlığında avtomobilə quraşdırılmış bombanın partlaması nəticəsində həyatıını itirib. Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) hücumun arxasında Ukrayna xüsusi xidmət orqanlarının dayandığını bildirib.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=87151