
ABŞ koronavirus vaksininin istehsalına başladı
ABŞ-ın dərman istehsalçıları yayın sonuna qədər yeni koronavirus vaksinin buraxılışına başlamağı nəzərdə tutur.
Busaat.az CNBC telekanalı istinadən xəbər verir ki, ABŞ-ın 2021-ci ilin başlanğıcında preparatın 300 milyon dozasını istehsal edəcəyi gözlənilir.
Məluatda qeyd edilib ki, vaksinlərin istehsalı prosesi artıq başlayıb. Lakin mümkün vaksinlərdən məhz hansının effektiv olacağı və ümumiyyətlə həmin dövrdə təsirli vasitə yaratmağın mümkün olub-olmayacağı hələ məlum deyil.























