Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ-la əsirlərin mübadiləsi səviyyəsində əlaqə saxladıqlarını etiraf edib.
Busaat.az xəbər verir ki, Zaxarova “Solovyov Live” radio şousunda Moskva ilə Vaşinqton arasındakı təmaslarla bağlı açıqlamalar verib.
ABŞ ilə əsirlərin dəyişdirilməsi ilə bağlı təmasların davam etdiyini bildirən Zaxarova deyib: “Danışıqlar müvafiq hüquq-mühafizə orqanları və xüsusi kəşfiyyat qrupları istiqamətində aparılır”.
Moskva və Vaşinqtonun ehtiyac yaradan məsələlərlə bağlı müəyyən müzakirələr apardıqlarını qeyd edən Zaxarova, “Bu təmaslar müxtəlif qurumlar səviyyəsindədir. Təbii ki, bunların tam hüquqlu əməkdaşlıq, qarşılıqlı əlaqə ilə heç bir əlaqəsi yoxdur” – deyə, əlavə edib.