ABŞ Ukraynaya 200 milyon dollardan çox yardım ayırıb

image-dd1e63bb-f2a5-38ce-9359-04ce774d4c3f_850backend

ABŞ Prezidenti Cozef Bayden Kiyevə 225 milyon dollar yardım ayrıldığını açıqlayıb.

Busaat.az “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

“ABŞ Prezidenti Ukraynaya 225 milyon dollarlıq yeni yardım paketi açıqlayıb. Bunun üçün Ukrayna Prezidenti Volodimir Zelenski ona təşəkkür edib”, – agentlik qeyd edib.

Bildirilib ki, Bayden hazırda Fransada səfərdə olan ukraynalı həmkarı Volodimir Zelenski ilə görüş keçirir. ABŞ-nin müdafiə naziri Lloyd Ostin və dövlət katibi Antoni Blinken də danışıqlarda iştirak edir.

Qeyd edək ki, yardım paketinin məzmunu hələ rəsmi şəkildə açıqlanmayıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki