Məzmuna keç
  • Azeri Light100.63 $▲1.24%
  • Brent neft95.76 $▲0.06%
  • WTI neft88.36 $▼0.03%
  • Avropa qazı (TTF)93.70 €▲7.43%
  • Təbii qaz (ABŞ)3.311 $▼1.02%
  • Qızıl3 905 $▼0.33%
  • Gümüş49.86 $▼0.79%
  • Pambıq78.56 ¢▼4.59%
  • Buğda591.50 ¢▲0.13%
  • Bitcoin67 998 $▼4.73%
  • Ethereum1 905 $▼5.56%
  • S&P 5007 592▼0.33%
13°Bakı
  • USD1.7000
  • EUR1.8832▼0.0149
  • 100 RUB2.0549▲0.0127
  • GBP2.2541▼0.0152
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549▲0.0002
  • GEL0.6574▲0.0010
  • 100 KZT0.3802▲0.0004
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0641▼0.0067
  • CHF2.0404▼0.0183
  • USD1.7000
  • EUR1.8832▼0.0149
  • 100 RUB2.0549▲0.0127
  • GBP2.2541▼0.0152
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549▲0.0002
  • GEL0.6574▲0.0010
  • 100 KZT0.3802▲0.0004
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0641▼0.0067
  • CHF2.0404▼0.0183
Dünya

ABŞ Ukraynaya yeni hərbi yardım paketi ayıracaq

image-herib
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

ABŞ administrasiyası Ukraynaya tezliklə 775 milyon dollar həcmində növbəti hərbi yardım paketi ayıracaq.

Busaat.az  xarici mediaya istinadən xəbər verir ki, bunu cümə günü Pentaqonun yüksək rütbəli nümayəndəsi jurnalistlərə telefonla keçirdiyi brifinq zamanı bildirib. Onun sözlərinə görə, yeni paketə yaylım atəşli HIMARS raket sistemləri üçün sursat və 36 min ədəd mərmi daxildir.

“Bizim təhlükəsizlik sahəsində təqdim etməyə hazırlaşdığımız daha bir iri yardım paketimiz var. Tezliklə elan olunacaq paketin həcmi 775 milyon dollar təşkil edəcək”, – Pentaqonun nümayəndəsi belə deyib.

O qeyd edib ki, hərbi yardım paketinə, həmçinin 15 pilotsuz kəşfiyyat uçuş aparatı, radiolokasiya sistemlərinə qarşı yüksək sürətli HARM (High-Speed Anti-Radiation Missile) raketləri, tank əleyhinə Javelin və TOW raket kompleksləri daxil olacaq.

Birləşmiş Ştatlar Ukraynanın şərqində və cənubunda döyüş əməliyyatlarının gedişini onun xeyrinə dəyişmək ümidi ilə Kiyevə yeni vasitələr vermək imkanlarını araşdırır.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=83976