Məzmuna keç
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin67 219 $▼1.47%
  • Ethereum1 906 $▼1.10%
  • S&P 5007 562▼0.40%
18°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

ABŞ və Britaniya 11 rusiyalıya qarşı sanksiya tətbiq edib

image-sanksiya
Sanksiya
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

ABŞ və Böyük Britaniya Rusiya ilə əlaqəsi olduğu deyilən “Trickbot” kibercinayətkar qruplaşması ilə əlaqəsi olan 11 nəfərə qarşı sanksiyalar tətbiq edib.

Busaat.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi və Britaniya hökumətinin mətbuat xidməti məlumat yayıb.

“Trickbot” zərərli proqram təminatıdır, “Microsoft Windows” və digər əməliyyat sistemləri üçün toyan virusu yayan kibercinayətkar qrupdur.

Sanksiya tətbiq edilənlər “Trickbot”un idarə edilməsi və satınalma işləri ilə məşğul olan əsas üzvlərdir, onların hamısı Rusiya vətəndaşlarıdır.

“Britaniyalı tərəfdaşlarımızla sıx koordinasiya şəraitində ABŞ bu zərərli kiber fəaliyyətlə mübarizə aparmaq üçün kollektiv alətlərimizdən və səlahiyyətlərimizdən istifadə etməyə davam edəcək”, – ABŞ Maliyyə Nazirliyinin press-relizində deyilir.

Britaniya hökumətindən isə bildiriblər ki, Milli Cinayətkarlıqla Mübarizə Agentliyinin (NCA) araşdırması nəticəsində “Trickbot” qrupunun bütün dünya üzrə qurbanlardan 180 milyon ABŞ dolları, həmçinin Böyük Britaniyanın 149 sakinindən azı 27 milyon funt sterlinq məbləğində pul qopardığı məlum olub. Onlar xəstəxanalara, məktəblərə, yerli hökumət orqanlarına və müəssisələrə hücum ediblər.

ABŞ-ın məlumatına görə, koronavirus pandemiyası zamanı “Trickbot” qrupu ABŞ-da kritik infrastruktura və səhiyyə obyektlərinə hücum edib. ABŞ kibercinayətkar qrupun Rusiya xüsusi xidmət orqanları ilə əlaqəli olduğunu düşünür.


 

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=120938