Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin67 047 $▼1.72%
  • Ethereum1 898 $▼1.54%
  • S&P 5007 562▼0.40%
17°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

ABŞ və Cənubi Koreya birgə hava təlimləri keçirib

Rusiya-Ukrayna
Ukrayna Krıma donla hücum edib
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

 Şimali Koreyanın raket sınaqlarından sonra Koreya yarımadasında gərginlik sürətlə artır. Şimali Koreyanın mövcud addımlarından sonra gərginliyin artdığı yarımadada ABŞ və Cənubi Koreyanın genişmiqyaslı birgə hava təlimlərinə başladığı bildirilib.

Busaat.az xəbər verir ki, bu barədə məlumatı Yonhap xəbər agentliyi verib.

Agentliyin xəbərinə görə, Cənubi Koreyanın F-35A, F-15K və KF-16 tipli təyyarələrinin daxil olduğu 140 təyyarə ilə qatıldığı təlimdə ABŞ F-35B və EA-18 də daxil olmaqla 100 təyyarə ilə dəstək verib.

Təlimdə döyüş təyyarələri ilə yanaşı, KC-135 tankerləri və U-2 yüksək hündürlüklü kəşfiyyat təyyarələrinin də iştirak edəcəyi bildirilib. Təlimdə Avstraliya Hərbi Hava Qüvvələri də iştirak edir.

Qeyd edək ki, ABŞ və Cənubi Koreya birgə təlimlərin ilkini 2015-ci ildə keçirib. Təlimlər 2018-ci ildə Cənubi Koreyanın keçmiş prezidenti Mun Çje İnin Şimali Koreya ilə barışıq siyasətinin bir hissəsi olaraq dayandırılıb.

Son aylarda keçirdiyi raket sınaqları ilə reaksiyalara səbəb olan Şimali Koreya oktyabrın 28-də Şərq dənizi (Yaponiya dənizi) istiqamətində iki ballistik raket atıb.

Pxenyan administrasiyası Birləşmiş Millətlər Təşkilatının (BMT) qətnamələrini pozaraq 2022-ci ilin əvvəlindən bəri 28-ci raket sınağını həyata keçirib.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=89060