ABŞ və İsrailin müdafiə nazirləri görüşdübackend

ABŞ Müdafiə naziri Mark Esper israilli həmkarı Benni Qantz ilə görüşüb.

Busaat.az xəbər verir ki, görüş ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) binasında baş tutub.

Nazirlikdən verilən açıqlamada Esperin İsrailin hərbi üstünlüyünə dəstək verməyə davam etdiyini vurğuladığı bildirilib.

Nazirlərin Yaxın Şərqdəki təhlükəsizliklə bağlı vəziyyəti və iki ölkənin əməkdaşlıq münasibətlərini müzakirə etdiyi, İsrail, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn arasındakı stabillik razılaşmasının bölgənin təhlükəsizliyi baxımından tarixi fürsət olaraq dəyərləndirildiyi qeyd olunub.

Qeyd edək ki, BƏƏ İsrail ilə münasibətlərin normallaşması qarşılığında ABŞ-dan F-35 döyüş təyyarələri almaq istəyir. İsrail isə bu istəyə müsbət yanaşmır.

ABŞ qanunlarına görə, İsrailin hərbi üstünlüyünə zərər verəcək hər hansı silahın bölgə ölkələrinə satılması qadağandır.