Məzmuna keç
  • Azeri Light100.63 $▲1.24%
  • Brent neft96.09 $▲5.26%
  • WTI neft88.91 $▲4.27%
  • Avropa qazı (TTF)93.70 €▲7.43%
  • Təbii qaz (ABŞ)3.339 $▲2.17%
  • Qızıl3 880 $▼2.54%
  • Gümüş49.93 $▼2.91%
  • Pambıq78.56 ¢▼4.59%
  • Buğda582.50 ¢▼3.16%
  • Bitcoin71 365 $▼3.47%
  • Ethereum2 013 $▼2.01%
  • S&P 5007 592▼0.33%
11°Bakı
  • USD1.7000
  • EUR1.8832▼0.0149
  • 100 RUB2.0549▲0.0127
  • GBP2.2541▼0.0152
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549▲0.0002
  • GEL0.6574▲0.0010
  • 100 KZT0.3802▲0.0004
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0641▼0.0067
  • CHF2.0404▼0.0183
  • USD1.7000
  • EUR1.8832▼0.0149
  • 100 RUB2.0549▲0.0127
  • GBP2.2541▼0.0152
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549▲0.0002
  • GEL0.6574▲0.0010
  • 100 KZT0.3802▲0.0004
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0641▼0.0067
  • CHF2.0404▼0.0183
Dünya

ABŞ Yaxın Şərqə əlavə döyüş təyyarələri göndərir

image-66ad96db1e87666ad96db1e877172265237966ad96db1e87466ad96db1e875jpg-1722661312
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“The New York Times“ (NYT) qəzeti, ABŞ-ın İran və onun müttəfiqlərinin İsrailə hücum etmək təhdidlərinə cavab olaraq Yaxın Şərqə əlavə döyüş təyyarələri ilə birgə aviadaşıyıcı göndərməyə hazırlaşdığını bildirib.

Busaat.az xəbər verir ki, Ağ Evin Milli Təhlükəsizlik Kommunikasiyaları üzrə müşaviri Con Kirbi də Pentaqonun İranın mümkün hücumuna qarşı İsrailə əlavə hərbi dəstək göndərməyə hazırlaşdığını bildirib.

“The New York Times“a məlumat verən bir yüksək rütbəli hərbçi Yaxın Şərqdəki ABŞ hərbi qüvvələrinin döyüş hazırlığını artırmaq və ABŞ əsgərlərini və müttəfiqlərini İrandan və ya onun müttəfiqi olan qruplaşmalardan qorumaq üçün lazımi tədbirlərin görüldüyünü deyib.

İsraili müdafiə etmək üçün hansı tip təyyarələrin göndərilməsi lazım olduğunu müəyyən etmək üçün araşdırmalar davam edir. Bununla bağlı yekun qərarı isə ABŞ-ın müdafiə naziri Lloyd Ostin verəcək.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=144485