ADNA-da Qanlı Səhər: 30 Aprel Terroru – Unudulmayan Faciə

image-1d3917ea-c2b4-4465-9ca6-c7f335f5e837backend

Busaat.az xəbər verir ki, 2009-cu il aprelin 30-da səhər saatlarında, Bakı şəhərinin mərkəzində yerləşən Azərbaycan Dövlət Neft Akademiyasının (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) ikinci korpusunda dəhşətli terror aktı baş verdi. Təxminən saat 09:30-da Gürcüstan vətəndaşı, 1980-ci il təvəllüdlü Fərda Əsəd oğlu Qədirov binaya daxil olaraq, birinci mərtəbədən altıncı mərtəbəyədək qarşısına çıxan hər kəsə “Makarov” tipli tapançadan atəş açdı. Nəticədə 12 nəfər həlak oldu, 13 nəfər isə ağır yaralandı. Hadisə yerinə dərhal hüquq-mühafizə orqanlarının əməkdaşları və xüsusi təyinatlı qüvvələr cəlb edildi. Polis tərəfindən zərərsizləşdiriləcəyini anlayan silahlı şəxs özünü öldürdü. Onun üzərindən şəxsiyyət vəsiqəsi, “Makarov” tipli tapança, içərisində 71 güllə olan üç patrondaş və iki tapança sandıqçası aşkar edilərək götürüldü.
Bu faciə yalnız universitet ailəsini deyil, bütün Azərbaycanı sarsıtdı. Həlak olanlar arasında gənc tələbələr, müəllimlər, universitet işçiləri var idi – onların hər biri bir ailənin ümidi, bir xalqın gələcəyi idi.Hadisədən dərhal sonra hüquq-mühafizə orqanları operativ şəkildə binaya daxil oldu. Fərda Qədirovun özünü güllələyərək intihar etdiyi bildirildi. İstintaq zamanı məlum oldu ki, bu cinayət əvvəlcədən planlaşdırılmışdı və onunla birlikdə şübhəli bilinən şəxslər də həbs olundu.Bu terror aktı ölkəmizdə təhlükəsizlik məsələlərinin daha ciddi şəkildə nəzərdən keçirilməsinə səbəb oldu. Universitetlərdə mühafizə sistemləri gücləndirildi, giriş-çıxış nəzarətləri sərtləşdirildi.
30 aprel — indi hər il ADNSU-da və ölkə miqyasında xatirə günü kimi yad edilir. Bu faciə nə qədər ağrılı olsa da, həlak olanların xatirəsi heç zaman unudulmayacaq.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki