
AFFA Azərbaycana qarşı təxribat bağlı UEFA-ya şikayət edəcək
“Çempionlar Liqasının dünən keçirilən “Leyptsiq” – “Real” (Madrid) oyununda Azərbaycana qarşı təxribat barədə məlumatımız var”.
Bu sözləri Qol.az-a açıqlamasında AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Firuz Abdulla bildirib.
Həmçinin oxuyun: Çempionlar Liqasının oyununda Azərbaycana qarşı təxribat
Xəbər verdiyimiz kimi, oyunda tribunalardan birində (ehtimal olunur ki, meydan sahibi olan alman azarkeşlərin oturduğu sektorda) Qarabağda yerləşmiş separatçıların qondarma “bayrağı” asılıb. FİFA və UEFA-nın qaydalarına əsasən, futbol oyunları zamanı hər hansı siyasi addım tamamilə qadağan edilib
F.Abdullanın dediyinə görə, məsələ ilə əlaqədar AFFA sənədlər hazırlayıb və UEFA-ya müraciət ünvanlanacaq.























