Ağ Ev Ermənistana qarşı hərəkətə keçə bilər – PETİSİYANI İMZALAYIN!backend

Oktyabrın 9-da Ağ Evin rəsmi saytında “Ermənistan Respublikasını Azərbaycan Respublikasının mülki şəxslərinə qarşı hərbi cinayətlərdə iştirakına görə məhkum et” adlı petisiya yerləşdirilib.

Busaat.az xəbər verir ki, ərizənin mətnində Ermənistan tərəfindən beynəlxalq hüququn – BMT Təhlükəsizlik Şurasının qətnamələrini (№822, 853, 874, 884), Cenevrə Konvensiyalarının (1949-cu ildən) və Haaqa Konvensiyaları (1907-ci ildən) – pozulmasına görə Ermənistana qarşı ticarət sanksiyaları tətbiq edilməsi və silah tədarükünə təcili olaraq embarqo qoyulması zərurəti qeyd olunur.

Bu xəbərin yayımlandığı vaxt təxminən 90 min adam petisiyanı imzaladı. Petisiyanın baxılması üçün dərc olunduğu gündən 30 gün ərzində 100 min imza toplanmalıdır. Yəni 8 noyabr tarixinə qədər təxminən 10 min nəfər də səs verməlidir. Bundan sonra Ağ Ev petisiyaya reaksiya verəcək.

Petisiyanı bu linkdə imzalaya bilərsiniz. İmzalanma yalnız bir neçə dəqiqə çəkir, daxil olub imza atın. Gəlin Azərbaycanı birlikdə dəstəkləyək!