Rəhmonun rəsmi səfəri başa çatdı  

image-15jpg-1751644717backend

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun Azərbaycan Respublikasına səfəri iyulun 4-də başa çatıb.

Busaat.az Bakıvaxtı.az-a istinadən xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident Emoməli Rəhmonu Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev və Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov yola salıblar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki