Ağdam istiqamətində mövqelərimiz atəşə tutulub

image-mudbackend

Sentyabrın 18-i saat 23:50 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Ordumuzun Ağdam rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə Busaat.az-a Azərbaycan Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

Qeyd olunub ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki