Sentyabrın 25-də Qarabağda yanacaq anbarında baş vermiş partlayışda yaralanan 20 nəfər aldıqları xəsarətlərdən dünyasını dəyişib.
Busaat.az-ın məlumatına görə bu barədə Armenpress xəbər yayıb.
Agentlik bildirib ki, partlayış nəticəsində ölən 7 nəfərin şəxsiyyəti müəyyən edilib.
Mənbənin məlumatına görə, partlayışdan sonra ümumilikdə 290 yaralı xəstəxanaya aparılıb.
Yaralananların sayının çox olması onunla bağlıdır ki, yanacaq böhranı fonunda Ermənistana getməyə çalışan xeyli insan anbara toplaşıb.