Ağır döyüşlər başladı – Ruslar bu şəhərə hücuma keçdilər

image-media-1656393764-9431-6t19kpazolr7fiyvxu0j-620x326backend

Rusiya qoşunları Lisiçansk şəhərinə hücuma keçib.

Busaat.az xəbər verir ki, bu barədə Luqansk vilayətinin hərbi administrasiyasının rəhbəri Sergey Qayday məlumat verib.

“Vovçoyarivka ilə neft emalı zavodu arasında döyüşlər gedir. İşğalçılar şəhəri bu tərəfdən bağlamağa və Donetsk vilayəti ilə nəqliyyat əlaqəsini ələ keçirməyə çalışırlar”, – Qayday bildirib.

Rus ordusunun şəhəri dağıtmaqda davam etdiyinə də diqqət çəkilib. Qaydayın sözlərinə görə, biri Novodrujeskdə yerləşən üç nasos stansiyası məqsədli şəkildə atəşə tutulub, iki körpü və avtomobil tuneli dağıdılıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90