Sinə xərçənginə yoluxan türkiyəli aktrisa Canan Ergüder son vəziyyəti ilə bağlı paylaşım edib.
Busaat.az xəbər verir ki, aktrisa şəxsi “Instagram” hesabında anası ilə fotosunu paylaşaraq bunları yazıb:
“Kimyaterapiya bitdi. Hər şey yolundadır. Axtaran, soruşan, mesaj yazan, dua edən hər kəsə sevgilər”.
Canan Ergüder bu xəstəliyə yoluxandan sonra “Menajerimi ara” adlı serialdan ayrılmaq qərarı verib.