Aİ-dən Rusiyaya çağırış: Ukraynalı uşaqları geri verin

image-thumbs_b_c_5fe504502e996fdf519fa36f0b125d0ebackend

Avropa İttifaqı (Aİ) Rusiyanı “sürətləndirilmiş övladlığa götürmə” praktikası çərçivəsində qaçırılan uşaqları ailələrinə qaytarmağa çağırıb.

Busaat.az xəbər verir ki, Avropa İttifaqı Komissiyasının demoqrafiya üzvü Dubravka Suica və Ukraynanın Sosial Siyasət naziri Oksana Jolnoviç Aİ-nin dönəm prezidenti İsveçin paytaxtı Stokholmda keçirilən “Ukraynalı uşaqların müdafiəsi və Aİ dəstəyi” mövzusunda yüksək səviyyəli toplantıdan əvvəl mətbuata açıqlamalar verib.

“Biz Rusiyanın hərbi cinayətlər siyahısına daxil edilmiş ukraynalı uşaqların qanunsuz deportasiyasını və köçürülməsini qətiyyətlə pisləyirik. Biz Rusiyanı “sürətləndirilmiş övladlığa götürmə” adlanan təcrübəyə son qoymağa və uşaqları Ukraynaya qaytarmağa çağırırıq”, – Suica deyib.

Təxminən 1,3 milyon ukraynalı uşağın Aİ-yə sığındığını qeyd edən Suica, Aİ-nin Ukraynaya uşaq baxımı islahatlarında dəstək verəcəyini və bunun üçün 10 milyon avro ayrıldığını bildirib.

Ukraynanın sosial siyasət naziri Jolnoviç 7 milyon uşağın müharibədən təsirləndiyini, 16 minə yaxın uşağın Rusiya tərəfindən qaçırıldığını bildirib.

Onlardan 300-ə yaxınının ailələrinə qaytarıldığını bildirən Jolnoviç deyib: “Rusiya bizə heç bir məlumat vermədiyi və bu məlumatları hər zaman manipulyasiya etdiyi üçün dəqiq rəqəmləri və adları tapmağa çalışırıq”.

Avropa İttifaqı Komissiyasının sədri Ursula fon der Leyen və Ukrayna prezidenti Volodimir Zelenski 1 İyun – Ümumdünya Uşaqların Müdafiəsi Günü münasibətilə birgə bəyanatla çıxış edərək, Rusiyanı uşaqların dərhal Ukraynaya qaytarılmasına çağırıblar.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90