Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 417 $▲0.48%
  • Ethereum1 795 $▲1.50%
  • S&P 5007 562▼0.40%
13°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Aİ PKK-nın terror siyahısından çıxarılması tələbini RƏDD ETDİ

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Avropa Birliyi (AB) Ədalət Məhkəməsi terror təşkilatı PKK-nın AB-nin terror siyahısından çıxarılması tələbi ilə bağlı iddiada mənfi qərar qəbul edib.

Busaat.az xəbər verir ki, Mərkəzi Lüksemburqda yerləşən AB Ədalət Məhkəməsinə bağlı olan Aİ Ümumi Məhkəməsi PKK-nın ötən il açdığı iddia ilə bağlı əsaslandırılmış qərarını açıqlayıb.

“Terror aktı” və “terror qruplaşması” ifadələrinin tərif edildiyi qərarda Böyük Britaniyanın 2014-cü il və ABŞ-ın 1997 və 2001-ci illərdə PKK-nı qadağan edən qərarlarına istinad edilərək, təşkilatın “terror təşkilatı” olduğu yenidən təsdiqlənib.

Qərarda PKK-nın hərəkətlərinin “Kürd xalqının öz müqəddəratını təyinetmə hüququ” çərçivəsində sayıla bilməyəcəyi və bu hüququn ümumi şəkildə həyata keçirilməsi üçün silahlı gücə müraciət edilməsinin qanuni sayıla bilməyəcəyi bildirilib.

Qərarda həmçinin Avropa Şurasının PKK ilə bağlı terror riskinin davam etdiyinə dair qiymətləndirməsi də təsdiqlənib.

Avropa Şurası terrorçu hesab edilən şəxslərin və təşkilatların maliyyə aktivlərinin dondurulması və ən azı 6 aydan bir maliyyə vəsaitlərinin verilməsinin qadağan edilməsi kimi sanksiyaların siyahısını nəzərdən keçirir.

Qeyd edək ki, PKK 2002-ci ildə terror siyahısına daxil edilib.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=94222