Aİ Türkiyə ilə dialoqun davam etdirilməsinin vacib olduğuna inanır – Hayko Maas

Aİ Türkiyə ilə dialoqun davam etdirilməsinin vacib olduğuna inanır – Hayko Maasbackend

Avropa İttifaqı (Aİ) Türkiyə ilə dialoqun davam etdirilməsinin vacib olduğuna inanır.

Busaat.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Hayko Maas Aİ ölkələrinin xarici işlər nazirlərinin Brüsseldə keçirilmiş iclasının yekunlarına dair bəyan edib.

“Prinsipcə, biz hesab edirik ki, Aİ Türkiyə ilə dialoqu davam etdirməlidir”, – Maas deyib. O qeyd edib ki, Almaniya Türkiyə, Yunanıstan və Kiprin yunan icması arasında dialoqun bərpası yollarını axtarır, lakin uğur qazana bilmir.

“Türkiyə məsələsi Aİ ölkələri liderlərinin sammitində müzakirə olunacaq”, – deyə Maas bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqı “Türkiyənin Şərqi Aralıq dənizi regionundakı fəaliyyətinə reaksiyası haqqında” yekdil fikrə gəlməlidir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90