Aİ və İran arasında sanksiyalar müzakirə olunub

image-avropa-iranbackend

İranın xarici işlər naziri Əmir Abdullahyan Avropa İttifaqının ali nümayəndəsi Cozef Borrell ilə iki tərəf arasında davam edən sanksiyaların ləğvi üzrə danışıqlar prosesini müzakirə edib.

Busaat.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Abdullahyan və Borrell telefonla danışıb və nüvə fəaliyyətlərinə görə İrana tətbiq olunmuş sanksiyaların ləğvi ilə bağlı danışıqları, həmçinin, Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə əməkdaşlığı müzakirə ediblər.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kənani açıqlamasında bildirib ki, ölkəsi Aİ və Böyük Britaniyanın sanksiyalarına cavab vermək hüququnu özündə saxlayır. Kənani əlavə edib ki, iranlı şəxslərə və qurumlara qarşı tətbiq olunan sanksiyalar əsassız, qeyri-qanuni və İranın daxili işlərinə müdaxilə cəhdidir.

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90