Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 171 $▲1.66%
  • Ethereum1 820 $▲2.94%
  • S&P 5007 562▼0.40%
14°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Aİ və NATO Ukrayna ilə həmrəylik üçün qaranlığa büründü

image-thumbs_b_c_986c22f5827d75790682cdac9e65b202
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Rusiyanın Ukraynadakı hücumlarında infrastruktura dəyən ziyanlar nəticəsindəö elektrik enerjisinin kəsilməsi səbəbindən Avropa İttifaqı (Aİ) və NATO binalarında işıqlar Ukrayna xalqı ilə həmrəylik əlaməti olaraq söndürülüb.

Busaat.az xəbər verir ki, Belçikanın paytaxtı Brüsseldə Aİ Komissiyası, Avropa Şurası və Avropa Parlamenti kimi Aİ qurumları ilə yanaşı, NATO qərargahında da işıqlar söndürülüb.

“Rusiya 10 milyon ukraynalını soyuqda və qaranlıqda qoyub” – deyə, Aİ Komissiyasının bəyanatında deyilir.

Aİ-nin Ukraynaya elektrik kəsintilərinə qarşı yüzlərlə generator göndərərək dəstək verdiyi ifadə edilən açıqlamada, Ukraynaya generator verilməsi üçün başladılan kampaniyaya da dəstək ifadə edilib.

Aİ Komissiyasının sədri Ursula fon der Leyen də Rusiyanın Ukraynanı qaranlıqda saxlamaq üçün infrastrukturuna hücum etdiyini və Ukrayna prezidenti Volodimir Zelenskinin həmrəylik çağırışına cavab verdiklərini bildirib.

NATO-nun verdiyi açıqlamada Ukraynadakı xəstəxanalara generatorların verilməsi və dünyanın diqqətinin bu ölkəyə yönəldilməsi üçün başlatdığı təşəbbüsü dəstəklədiyi qeyd edilib.

Bəyanatda bildirilib ki, Ukrayna xalqı Rusiyanın infrastruktura hücumları səbəbindən çox çətin şəraitdə yaşayır və NATO müttəfiqləri Ukraynaya müxtəlif yardımlar, o cümlədən, Ukraynada yenidənqurmalar üçün lazım olan materiallar, qış geyimləri, yanacaq və generatorlar verib.

Busaat.az 

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=94866