Aleksey Şevtsov: “Qərb Dağlıq Qarabağdakı Rusiya sülhməramlılarını gözdən salmağa çalışır”

image-rusiyabackend

“Rusiya Qərb ölkələrinin Dağlıq Qarabağ nizamlanması prosesinə müdaxilə etmək və bölgədəki Rusiya sülhməramlılarını gözdən salmaq cəhdlərini görür”.

Busaat.az TASS-a istinadən xəbər verir ki, bu fikri Rusiya Təhlükəsizlik Şurasının katibinin müavini Aleksey Şevtsov “Rossiyskaya qazeta”ya müsahibəsində deyib.

“Biz ABŞ, Aİ və bəzi Qərb ölkələrinin Dağlıq Qarabağ nizamlanması prosesinə müdaxilə etmək, Rusiyanın regionda mövcudluğunu gözdən salmaq və öz mövqelərini gücləndirmək üçün davamlı cəhdlərini görürük. Rusiya Təhlükəsizlik Şurası katibinin müavininin qeyd etdiyi kimi, Qərb dövlətləri münaqişələri qızışdırmaqda mahirdir, lakin onların həllində xüsusi xidmətləri ilə öyünə bilməz”, – Şevtsov söyləyib.

O, deyib ki, Rusiya Cənubi Qafqazda sülhməramlı və müdafiəçi kimi çıxış edib.

“Xatırlamağa ehtiyac yoxdur ki, məhz Rusiya 2020-ci ildə Azərbaycan və Ermənistan arasında hərbi əməliyyatların dayandırılmasına həlledici töhfə verib. İki ölkə arasında münasibətlərin normallaşmasına zəmin yaradan ən yüksək səviyyədə üçtərəfli razılaşmalara vasitəçilik edib. Hazırda biz bu razılaşmaların həyata keçirilməsi üçün bütün səyləri göstəririk”, – rəsmi bildirib.

O, qeyd edib ki, Rusiya sülhməramlıları təmas zonasında eskalasiyanın qarşısının alınması məqsədlərini həyata keçirir. Hazırda sülh müqaviləsi layihəsinin hazırlanması, nəqliyyat yollarının bağlanması, iqtisadi əlaqələrin bərpası, sərhədin delimitasiyası və etimadın yaradılması istiqamətində işlər aparılır.

Şevtsov bildirib ki, Rusiyanın təşəbbüsü ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) monitorinq missiyasının münaqişə bölgəsinə göndərilməsi təklifi verilib.

“Təəssüf ki, onun Ermənistan-Azərbaycan sərhədində yerləşdirilməsi ilə bağlı qərar icra olunmayıb, lakin təklif qüvvədə qalır”, – Rusiya Təhlükəsizlik Şurası katibinin müavini deyib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki