Məzmuna keç
  • Azeri Light98.76 $▼3.82%
  • Brent neft92.85 $▲1.21%
  • WTI neft85.48 $▲0.55%
  • Avropa qazı (TTF)85.48 €▲1.71%
  • Təbii qaz (ABŞ)3.178 $▲2.95%
  • Qızıl3 810 $▼1.75%
  • Gümüş46.64 $▼1.79%
  • Pambıq81.30 ¢▼0.06%
  • Buğda608.00 ¢▲1.42%
  • Bitcoin64 289 $▼0.90%
  • Ethereum1 802 $▼1.14%
  • S&P 5007 341▼1.07%
10°Bakı
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
Gündəm

Ali Məhkəmənin hakimi təqaüdə göndərildi (FOTO)

image-1689664181_646e2033733e9f821c1e4e41d27002d6untitled-1-jpg
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

İyulun 17-də Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimi Ələsgər Əliyevin təqaüdə yola salınması münasibətilə tədbir keçirilib.

Busaat.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov qeyd edib ki, Ələsgər Əliyev 2000-ci ildən məhkəmə sistemində hakim kimi fəaliyyət göstərib, 2008-ci ildən isə Ali Məhkəmənin hakimi təyin olunub. O, ölkəmizdə məhkəmə hakimiyyətinin nüfuzunun gücləndirilməsinə töhfə verib.

İnam Kərimov Ələsgər Əliyevə uğurlar arzu edərək, onun gələcəkdə də öz zəngin təcrübəsi ilə Ali Məhkəmənin və bütövlükdə hüquq ictimaiyyətinin inkişafına dəstək göstərəcəyinə ümidvar olduğunu vurğulayıb.

Tədbirin digər çıxışçıları da Ələsgər Əliyevin fəaliyyətini yüksək qiymətləndirərək, ona uğurlar arzu ediblər.

Sonda təqaüdə yola salınan hakim Ələsgər Əliyevə Məhkəmə-Hüquq Şurası adından fəxri döş nişanı təqdim olunub.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=115416