Ali məktəblərə hazırlaşanlara VACİB XƏBƏRVİDEO

image-17043418143ea6819c5f6c410887bf6f744a1aefe8850backend

Ali məktəblərə qəbul zamanı bəzi ixtisaslar üzrə keçid ballarının enəcəyi gözlənilir.

Keçid ballarında hər il müşahidə olunan dəyişiklik bu dəfə abituriyentləri sevindirəcək şəkildə ola bilər.

Busaat.az xəbər verir ki, təhsil məsələləri üzrə mütəxəssis Vüsal Kərimli “Xəzər Xəbər”ə bildirib ki, bu il bəzi ixtisaslar üzrə plan yerlərinin artırılması nəzərdə tutulub. Bu da keçid ballarına təsirsiz ötüşməyəcək.

Yeni universitetlərin və ya filialların açılması da öz növbəsində balların enməsinə səbəb ola bilər.

Vüsal Kərimli qeyd edib ki, balların enməsinə səbəb ola biləcək digər amil isə tələbə sayı ilə bağlı qarşıya qoyulan hədəfdir. Çünki 2026-cı ilə qədər hədəflənən rəqəmə çatmaq üçün tələbə sayı xeyli artırılmalıdır.

Təhsil üzrə mütəxəssis vurğulayıb ki, plan yerlərinin hansı ixtisaslarda artırılacağı hələlik dəqiq bilinmir. Bu səbəbdən də keçid ballarının hansı ixtisaslarda və nə qədər enəcəyi də məlum deyil.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki