Alman jurnalistlər Minskdə saxlanıldılar

Alman jurnalistlər Minskdə saxlanıldılarbackend
image-uzb_ads_desk

Almaniyanın ARD telekanalının əməkdaşları Minskdə saxlanılıblar.

Busaat.az xəbər verir ki, bu barədə ARD telekanalı məlumat verib.

Məlumata görə, onlar akkreditasiyadan keçən Rusiya və Belarus vətəndaşlarıdır. 2 rus jurnalist artıq deport olunub, Belarus reportyoru isə mühakimə olunmasını gözləyir.

Almaniyanın Xarici İşlər naziri Hayko Maas öz növbəsində Belarusda jurnalistlərin tutulmasını tənqid edib:

“Jurnalistlərin heç bir qanuni əsas olmadan özbaşına həbs olunması və mühüm iş görmək imkanından məhrum edilməsi tamamilə yolverilməzdir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki