Almaniya əsgərləri Əfqanıstandan çıxdı

image-efqanistanalmaniyabackend

Əfqanıstandakı son alman əsgərləri də ölkədən ayrılıb.

Busaat.az xəbər verir ki, bunu Almaniyanın müdafiə naziri Anneqret Kramp-Karrenbauer tvitter hesabında yazıb.

“20 il sonra ən gərgin ölkə xarici vəzifəmiz tamamlandı”, – nazir alman əsgərlərin təhlükəsiz bir şəkildə Əfqanıstandan çıxdığını bildirib.

O, 2001-ci ildən bəri Əfqanıstanda vəzifəsini icra edən 150 mindən çox alman əsgərinə təşəkkür edib:

“Alman əsgərləri Əfqanıstanda Federal Məclisin verdiyi bütün vəzifələri yerinə yetirdi. Bu vəzifə ilə fəxr edə bilərsiniz”.

Vurğulanıb ki, son hərbçilərin də ölkədən ayrılması ilə Almaniyanın Əfqanıstandakı NATO missiyası başa çatıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki