Məzmuna keç
  • Azeri Light98.79 $▲0.03%
  • Brent neft88.93 $▼3.83%
  • WTI neft82.09 $▼3.13%
  • Avropa qazı (TTF)81.11 €▼5.12%
  • Qızıl3 729 $▼1.52%
  • Gümüş45.00 $▼1.78%
  • Pambıq80.23 ¢▼1.40%
  • Buğda586.75 ¢▼3.06%
  • Bitcoin62 368 $▼3.86%
  • Ethereum1 762 $▼3.31%
  • S&P 5007 324▼0.23%
7°Bakı
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
Dünya

Almaniya mətbuatı Moskva görüşündən yazdı

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında yanvarın 11-də Moskvada keçirilən üçtərəfli görüş Almaniya KİV-lərində geniş şəkildə işıqlandırılıb.

Busaat.az xəbər verir ki, ölkə mətbuatında dərc olunan məqalələrdə ilkin olaraq sözügedən görüşün keçiriləcəyi barədə anons xarakterli məlumatlar verilib.

Sözügedən məqalələrdə bildirilib ki, Qarabağda müharibənin bitməsindən iki ay sonra Kreml rəhbəri Vladimir Putin münaqişə bölgəsindəki vəziyyəti müzakirə etmək məqsədilə Rusiyanın paytaxtı Moskvada Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanın iştirakı ilə görüş keçirməyi planlaşdırır. Görüşün mövzusu sülh sazişinin icrası ilə bağlı məsələlərdir.

Üçtərəfli görüşün baş tutmasından sonra Almaniya KİV-lərində görüşlə bağlı video-reportajlar, habelə məlumat xarakterli məqalələr yerləşdirilib.

Video-reportajlar və məqalələrdə qeyd olunur ki, Rusiya dövlət başçısının vasitəsilə ərsəyə gələn Moskva görüşündə Azərbaycan və Ermənistan Qarabağın yenidən bərpa edilməsi ilə bağlı yeni addımlar atılması barədə razılığa gəliblər. Razılığa görə Azərbaycan və Ermənistanın baş nazirləri müavinlərinin və Rusiya Federasiyası Hökumətinin sədr müavininin birgə həmsədrliyi ilə üçtərəfli işçi qrupunun yaradılması nəzərdə tutulub. 4 saat davam edən görüşdə Rusiya Prezidenti Vladimir Putin əldə olunan razılaşmalara riayət olunmasından məmnunluğunu ifadə edib və vurğulayıb ki, uzun illər davam edən münaqişənin ədalət əsasında, uzunmüddətli və hərtərəfli həlli üçün zəruri şərtlər yaranıb. Məqalələrdə eləcə də, 44 günlük müharibə və onun Azərbaycanın zəfəri ilə başa çatması barədə məlumat verilir

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=30987