Almaniyada çevriliş planlaşdıran neonasistlərə basqın edildi

image-almaniyabackend

Almaniyanın 11 əyalətində həyata keçirilən əməliyyatda çevriliş planlaşdıran ifrat sağçı qruplaşmanın 25 üzvü saxlanılıb.

Busaat.az xəbər verir ki, bu barədə məlumatı Almaniya Federal Prokurorluğu yayıb.

“Bu cür cəhdlərə qarşı əməliyyatlar qanunun aliliyini çərçivəsində həyata keçirilir. Bu sərt mövqeyimizi davam etdirəcəyik” – deyə, məlumatda qeyd edilib.

Məlumata görə, ifrat sağçı bir qrup keçmiş hərbçinin parlament binasına basqın edərək hökuməti devirməyi planlaşdırdığı müəyyən edilib.

Federal Prokurorluğun verdiyi açıqlamada 11 əyalətdə 3000 polisin 130 ünvanda əməliyyat keçirdiyi qeyd edilib. Prokurorluq daha geniş şərh verməkdən imtina edib.

Almaniyanın Daxili İşlər naziri Nensi Fazer konstitusiya quruluşunu məhv etmək və Almaniya İmperiyasını təqlid edən dövlət yaratmaq məqsədi ilə terror təşkilatı yaratmaqda ittiham olunan qrupa qarşı əməliyyat keçirildiyini təsdiqləyib.

Faeser açıqlamasında Almaniya dövlətinin güclü olduğunu və dövləti demokratiya düşmənlərinə qarşı qoruduğunu bildirib.

Faeser bildirib ki, bu gün səhər saatlarında Almaniya Federativ Respublikasının konstitusiya quruluşunu məhv etmək və 1871-ci ildə qurulmuş Almaniya İmperiyası nümunəsində dövlət yaratmaq məqsədi ilə terror təşkilatı yaratmaqda ittiham olunan qruplaşmaya qarşı ümummilli əməliyyat keçirilib.

“Bu gün üzə çıxarılan şübhəli terror təşkilatı zorakı çevriliş xəyalları və sui-qəsd ideologiyaları ilə idarə olunur. Çevriliş planlarının nə qədər irəlilədiyinə dair yekun məlumat yoxdur, lakin bu, araşdırma nəticəsində üzə çıxacaq. Yaraqlılar nifrətdə yekdildir. Biz bu cür cəhdlərə qarşı qanunun aliliyini müdafiə edərək hərəkətə keçirik. Bu sərt mövqeyimizi bundan sonra da davam etdirəcəyik” – deyə, Almaniya DİN-dən bildirilib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90