Almaniyada ilk dəfə son sutkada ölənlərin sayı 1000 nəfəri keçdi

Almaniyada ilk dəfə son sutkada ölənlərin sayı 1000 nəfəri keçdibackend

Almaniyada pandemiyanın başladığı vaxtdan indiyədək son sutka ərzində koronavirusdan ölənlərin sayı ilk dəfə min nəfəri ötüb. Busaat.az xəbər verir ki, bu barədə “N-TV” telekanalı xəbər verib.

Onun məlumatına görə, son 24 saat ərzində ölkədə 1 051 nəfər “COVID-19”un qurbanı olub. Daha əvvəlki antirekord dekabrın 22-də qeydə alınmışdı (940 ölüm halı).

Bu barədə rəsmi məlumatı Robert Kox İnstitutu (RKI) dərc edəcək. RKI-nın ən son məlumatına əsasən, indiyədək Almaniyada 1 664 726 nəfərdə koronavirus aşkarlanıb, onlardan 30 978-i dünyasını dəyişib.

Qafqazinfo

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90