
Almaniyadan Türkiyəyə tərif: "Yüksək qiymətləndiririk"
Almaniya Baş naziri Olaf Şolz Türkiyənin Qara dəniz taxıl təşəbbüsü ilə Ukraynadan taxıl ixracının davam etdirilməsi istiqamətindəki fəaliyyətini yüksək qiymətləndirib.
Busaat.az xəbər verir ki, Almaniya hökumətinin sözçüsü Şteffen Hebestreit kansler Şolz ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında baş tutan telefon danışığı ilə bağlı açıqlama verib.
“Kansler Şolz Türkiyənin Qara dəniz taxıl təşəbbüsü vasitəsilə Ukraynadan taxıl ixracının davam etdiriliməsi istiqamətində fəaliyyətini yüksək qiymətləndirib. Hər iki lider Rusiyanın nüvə ritorikasını tənqid edib və Rusiyanın Ukraynanın çirkli bombadan istifadə etməyə hazırlaşdığına dair ittihamlarını əsassız hesab edərək qəti şəkildə rədd edib” –deyə, açıqlamada bildirlib.
Qeyd edək ki, açıqlamada Şolz və Ərdoğanın mövcud təhlükəsizlik şəraitində sıx əlaqə saxlamaq barədə razılığa gəldikləri də qeyd olunub.
Busaat.az























