Məzmuna keç
  • Azeri Light98.76 $▼3.82%
  • Brent neft92.88 $▲1.24%
  • WTI neft85.57 $▲0.66%
  • Avropa qazı (TTF)85.48 €▲1.71%
  • Təbii qaz (ABŞ)3.191 $▲3.37%
  • Qızıl3 857 $▼0.52%
  • Gümüş47.44 $▼0.11%
  • Pambıq81.30 ¢▼0.06%
  • Buğda610.25 ¢▲1.79%
  • Bitcoin64 334 $▼0.74%
  • Ethereum1 808 $▼0.60%
  • S&P 5007 341▼1.07%
11°Bakı
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
Dünya

Amerika alimlərindən inanılmaz kəşf: "Omikron"un çarəsi tapıldı

image-1642269869_d1bcbe48eb39e6ace7cc33a688e88f6a
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol
Amerikalı alimlər COVID-19-a qarşı əvvəllər naməlum olan onlarla anticismin xüsusiyyətlərini tədqiq edərək, SARS-CoV-2-nin “delta”, “beta” və “omikron” ştamlarını ən effektiv şəkildə zərərsizləşdirən güclü anticisimlərini müəyyən ediblər. 
Koronavirusun yeni variantları peyvəndlə əmələ gələn anticisimlərə və monoklonal anticisimlərə (MAB) (immun hüceyrələri tərəfindən istehsal olunan anticisimlər – red.) müqaviməti artırmağa və müvafiq olaraq onların patogenliyini artırmağa qadirdir.
Tədqiqat zamanı Merilend ştatının Bethesda şəhərindəki Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun (NIAID) mütəxəssisləri 12 xəstənin immun hüceyrələrindən DNT zəncirlərini çıxarıb və zülalda antikor fraqmentlərinin görünməsi üçün onların əsas hissələrini bakteriofaq genomuna daxil ediblər.
Beləliklə, mütəxəssislər koronavirusa qarşı əvvəllər naməlum olan onlarla anticisim müəyyən edə biliblər. Onlardan ikisi – NE12 və NA8 – həm erkən koronavirus mutasiyalarını, həm də “delta”, “alfa”, “beta” və “omikron” ştamlarını zərərsizləşdirən ən güclü anticisimlər olduğu ortaya çıxıb.
Amerikalı alimlər əmindirlər ki, onların araşdırması xəstələrin qan nümunələrindən SARS-CoV-2-yə qarşı anticisimləri tez bir zamanda təcrid etməyə və çoxaltmağa, onların effektivliyini qiymətləndirməyə imkan verəcək. Alimlər ümid edirlər ki, kəşf COVID-19 üçün “omikron” variantı və SARS-CoV-2-nin digər növləri ilə yoluxduqda xəstələrin orqanizmini koronavirus infeksiyasının ağır formalarının inkişafından qoruya biləcək yeni dərmanların yaradılmasına gətirib çıxaracaq.
///Publika.az
MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=68644