Futbol üzrə Amerika Kubokunda III turun növbəti oyunları keçirilib.
Busaat.az xəbər verir ki, ABŞ-də təşkil olunan turnirin B qrupunda Meksika Ekvadorla qarşılaşıb.
Görüş 0:0 hesabı ilə bitib.
Qrupun digər oyununda isə Venesuela millisi Yamaykanı üstələyib – 3:0.
Qeyd edək ki, qrupda Venesuela (9 xal) və Ekvador (4 xal) komandaları 1/4 finala vəsiqəni təmin edib.
Növbəti mərhələdə A qrupunun birincisi Argentina, B qrupunun ikincisi Ekvadorla üz-üzə gələcək. Digər qarşılaşma isə A qrupunun ikincisi Kanada ilə B qrupunun birincisi Venesuela arasında baş tutacaq. Argentina – Ekvador matçı iyulun 4-ü, Venesuela – Kanada qarşılaşması isə ayın 5-də keçiriləcək.