
Amerika Ukrayna məsələsi ilə bağlı təcili iclas istəyir
ABŞ yanvarın 31-i Ukrayna ilə bağlı BMT Təhlükəsizlik Şurasının iclasının keçirilməsini istəyib.
Busaat.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə məlumatı ABŞ-ın təşkilatdakı daimi nümayəndəsi Linda Tomas-Qrinfild açıqlayıb.
Onun sözlərinə görə, Amerika tərəfi Rusiyanın Ukraynaya qarşı təhdidedici davranışını, eləcə də Ukrayna və Belarus sərhədində rus qoşunlarının toplanmasını müzakirə etmək niyyətindədir.























