AP sədrindən çağırış: NATO-ya alternativ müdafiə təşkilatı qurmalıyıq

image-60449241_605backend

Ölkələrdəki təhlükəsizlik missiyalarını artırmaq üçün müdafiə alyansı yaratmaq lazımdır.

Busaat.az xəbər verir ki, bu barədə Avropa Parlamentinin sədri Roberta Metsola Moldovanın paytaxtı Kişinyovda keçirilən mətbuat konfransında danışıb.

“Avropa Parlamenti Moldova kimi kiçik ölkələrə kömək etmək üçün NATO-nu tamamlayacaq sabit təhlükəsizlik və müdafiə alyansı yaratmağı zəruri hesab edir. Biz təhlükəsizlik infrastrukturunu gücləndirməliyik. Avropa Parlamenti çox aydın ifadə etdi: biz NATO-nu tamamlayacaq və Moldova kimi ölkələrə potensial təhlükələrin qarşısını almağa kömək edəcək sabit təhlükəsizlik və müdafiə alyansı yaratmalıyıq” – deyə, Metsola bildirib.

Metsola Avropa rəsmilərinin Moldovanın üzləşdiyi hadisədən xəbərdar olduğunu və bunu həyəcan siqnalı kimi gördüklərini qeyd edib.

Qeyd edək ki, Moldova Daxili İşlər Nazirliyinin mətbuat xidməti Ukraynanın hava hücumundan müdafiə sistemi tərəfindən atılan raketin bazar ertəsi Moldovanın şimalındakı Naslavça kəndinin kənarına düşdüyünü açıqlayıb.

Ölkənin Kommunistlər və Sosialistlər bloku Müdafiə nazirinin parlamentin plenumunda dinlənilməsini təklif etsə də, bu təşəbbüs dəstəklənməyib. Moldova prokurorluğu ölkənin hava məkanının pozulması ilə bağlı cinayət işi açıb.

 

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki