Apple uduzduğu məhkəmə iddiasını fonda çevirib və tərtibatçıların App Store üçün açdıqları bu iddia nəticəsində şirkət 100 milyon dollar ödəyəcək.
Busaat.az xəbər verir ki, Small Developer Assistance Fund adlanan bu dəstək şirkətin App Store komissiyalarından sonra uduzduğu məhkəmə prosesi nəticəsində yaranıb.
Bəzi proqram təminatçıları twitterdə paylaşımlar edərək müxtəlif miqdarlarda ödənişlər aldıqlarını qeyd ediblər. İddiadakı kriteriyalara cavab verən App Store tərtibatçılarının 250 dollar ilə 30 min dollar arasında maaş alacağı gözlənilir.
Qeyd edək ki, keçən il App Store-da proqramı olan bəzi proqram tərtibatçılarının açdığı iddia Apple-in məğlubiyyəti ilə nəticələnib. İddiaçılar qeyd edib ki, onlar App Store-da tətbiqlərinin gəlirlərindən narahat olmağa və daha az komissiya almağa başlayıb. Apple isə məhkəməyə son qoymaq üçün kiçik proqram tərtibatçılarına kömək etmək məqsədilə sözügedən fondu təsis edib.
Busaat.az