“Apple” şirkəti Fransada radiasiya təhlükəsindən sonra iPhone 12-ni yeniləyəcək.
Busaat.az xəbər verir ki, bu barədə Fransanın Rəqəmsallaşma və Telekommunikasiya naziri Jean-Noel Barrot bildirib.
Nazirin sözlərinə görə, Apple yaxın günlərdə ölkədəki istifadəçilər üçün proqram yeniləməsini təqdim edəcək.
Fransada tənzimləyici həddindən artıq elektromaqnit şüalanma aşkar etdikdən sonra iPhone 12-nin satışı dayandırıldı.
“Apple” şirkətinə problemi həll etmək tapşırılıb.
Şirkət bildirib ki, yeniləmə yalnız xüsusi sınaq protokolunun mövcud olduğu Fransadakı istifadəçilər üçün əlçatan olacaq.
Qeyd edək ki, iPhone 12 smartfonu ilk dəfə 2020-ci ilin sentyabrında buraxılıb və hazırda bütün dünyada mövcuddur.