Aralıq dənizində qaz yataqları aşkarlandı – Türkiyədən sonra…backend

İtaliya Şərqi Aralıq dənizində yeni enerji yataqları aşkarlayıb.

Busaat.az  xəbər verir ki, ölkənin ENİ nəhəng enerji şirkəti Misir sahillərində enerji ehtiyatı kəşf edib.

Şirkət tərəfindən verilən açıqlamada yeni təbii qaz ehtiyatlarının Nil deltasında sahildən 5 km məsafədə və 16 metr dərinlikdə yerləşdiyi bildirilib.

Yeni yataqlarının ENI, BP və Misirin neft şirkətləri ilə birlikdə dəyərləndiriləcəyi vurğulanıb.

Qeyd edək ki, Şərqi Aralıq dənizində son olaraq Türkiyə nəhəng təbii qaz yatağı aşkarlamışdı.