Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin63 633 $▼6.73%
  • Ethereum1 747 $▼9.34%
  • S&P 5007 562▼0.40%
15°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Gündəm

Arayik Bakının “ağır şərtlərini” açıqladı – “Bizdən tələb edirlər ki...”

image-araik
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Qarabağdakı erməni separatçı-terrorçu dəstənin başçısı Arayik Arutunyan Azərbaycanın Laçın yolu ilə bağlı tələblərini açıqlayıb.

Busaat.az bildirir ki, bu barədə Ermənistanın “Hraparak.am”saytı məlumat yayıb. Qeyd olunub ki, Arutunyan məsələ ilə bağlı Xankəndidə deputatlarla qapalı görüşündə Azərbaycanın Laçın dəhlizinin açılması ilə bağlı bir neçə tələb irəli sürdüyünü deyib. Bunlardan biri Ruben Vardanyanın Qarabağdan çıxarılması olub:

“Digərləri Ağdarədəki “Qızılbulaq” mədəninin fəaliyyətinin dayandırılması, Laçın dəhlizinin Rusiya sərhəd-keçid məntəqəsində rentgen skaner cihazları quraşdırılması və yüklərə nəzarət edənlər arasında Azərbaycan nümayəndəsinin olmasıdır”.

Arayikin sözlərinə görə, Azərbaycanın növbəti tələbi isə separatçılara məxsus ağır hərbi texnikanın geri çəkilməsidir. O, bildirib ki, əslində Azərbaycanla heç bir danışıqlar aparılmır, bu tələblər vasitəçilik yolu ilə onlara təqdim olunub. Nəşrin yazdığına görə, güman edilir ki, vasitəçilər Ermənistan səlahiyyətliləridir.

Arutyunyan çıxışı zamanı tələblərin qəbul edilməyini də vurğulayıb: “Çünki onlar yerinə yetirildikdən sonra dəhlizin açılacağına və ya açılandan 1-2 həftə sonra yenidən bağlanmayacağına zəmanət yoxdur. Buna cavab olaraq Azərbaycan dünən qazın verilişini bir neçə saatlıq dayandırıb. Ümumiyyətlə, çətin günlər qarşıdadır”, – deyə o qeyd edib.

Sfera.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=97426