
“Araz”ın ÇL-in əsas mərhələsindəki rəqibləri müəyyənləşdi
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə olFutzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsinin püşkü atılıb.
Busaat.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə Azərbaycan təmsilçisi “Araz-Naxçıvan”ın da rəqibləri müəyyənləşib.
B yolunda yer alan ölkə çempionu 6-cı qrupda “Uraqan İvano – Frankivsk” (Ukrayna), “Ligeni” (Kosovo) və “Yunayted Qalati” (Rumıniya) klubları ilə birlikdə 6mübarizə aparacaq.
Qeyd edək ki, əsas mərhələnin oyunları oktyabrın 26-dan 31-dək keçiriləcək.























