Futbol üzrə Amerika Kubokuna start verilib.
Busaat.az xəbər verir ki, ABŞ-də təşkil olunan turnirin açılış matçında son dünya çempionu Argentina millisi Kanada ilə üz-üzə gəlib.
Qarşılaşma “tanqoçular”ın qələbəsi ilə bitib – 2:0.
Argentinanın heyətində 49-cu dəqiqədə Xulian Alvares, 88-ci dəqiqədə Lautaro Martines fərqlənib.
Qeyd edək ki, Amerika Kuboku iyulun 14-də başa çatacaq.