Arvadını yatdığı yerdə çəkiclə öldürdü – Qəribə səbəb – FOTO

image-1643891026_61822bda0765161822bda07652163592085861822bda0764d61822bda0764fbackend

Ər arvadını çəkiclə qətlə yetirib. 

Busaat.az  Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə gecə saatlarında Zonquldağın Gəmiçilər məhəlləsində baş verib.

Gecə saatlarında evə sərxoş vəziyyətdə gələn Əhməd Ayçələbi həyat yoldaşı Şahizər Ayçələbi ilə mübahisə etməyə başlayıb.

Mübahisə böyüdükdən sonra kişi evdən çıxıb getmək istəyib. Bu zaman həyat yoldaşı ərinin maşının təkərlərini partladaraq evə qayıdıb və yatağa girərək yatıb.

Yoldaşının hərəkətindən əsəbləşən Əhməd Ayçələbi yatmış vəziyyətdə olan arvadının başına çəkiclə zərbələr vuraraq qətlə yetirib.

Qətli törətməkdə şübhəli bilinən Əhməd Çələbi polis əməkdaşları tərəfindən saxlanılıb.”Ölkə.Az”

 

 

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90