Aslanov Bakı metrosunu partlatdı – Keçmiş əsir

image-aslanbackend

1994-cü ildə biz – 4 əsir Xankəndidə saxlanıldıq. Mən, Sergey, Azər Aslanov və digər bir əsir. 5-6 erməni hərbçi gəldi, Azər Aslanovu komandirin otağını təmizləməyə apardılar.

Busaat.az xəbər verir ki, bu sözləri zərərçəkmiş Zahid Həsənov bu gün Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən Ermənistan vətəndaşları – 1969-cu il təvəllüdlü Mkrtçyan Lüdvik Mkrtiçoviç və 1967-ci il təvəllüdlü Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi üzrə növbəti məhkəmə prosesi zamanı deyib.

Z.Həsənov bildirib ki, 1994-cü ildə 4 əsir Xankəndidə saxlanıb: “Mən, Sergey, Azər Aslanov və digər bir əsir biryerdə saxlanılırdı. 5-6 erməni hərbçi gəldi, biri də Xosrovyan idi. Başladılar bizi döyməyə. Sonra Azər Aslanovu apardılar komandirin otağını təmizləməyə. 2 saatdan sonra Azər gəldi. Sonradan Azəri yenidən apardılar. Ermənistan xüsusi xidmət orqanları onu aparıb gizli söhbətə başladılar. Azəri Samvel Babayanın otağında təlimatlandırdılar. Onu təlimatlandıranlardan biri də Mkrtçyan idi. Bir saatdan çox söhbət apardılar. Onu orada tam təlimatlandırıb buraxdılar. Sonra ermənilər gəldilər ki, otağı Azər yox, Sergey təmizləyəcək. Məlum oldu ki, onlar Azər İsmayılovu ələ alıblar və otağı təmizlətdirməyiblər. Sergey gəlib dedi ki, Azər otaq təmizləməyib. O hadisədən sonra Azərə istədiyi yeməyi verirdilər. Məlum oldu ki, Azər Aslanov ermənilərlə iş birliyinə girib. Həmin il Azər Aslanov əsirlikdən qayıdıb Bakıda metronu partlatdı. Mən əsirlikdən qayıdandan sonra eşitdim ki, Sergeyi güllələyib öldürüblər”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90