Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 549 $▲0.68%
  • Ethereum1 807 $▲2.17%
  • S&P 5007 562▼0.40%
11°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Gündəm

Astara gömrüyündə növbə niyə yaranıb? - Açıqlama

image-yuk
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Astara Gömrük Məntəqəsinin önündə İrandan Azərbaycana keçmək istəyən yük maşınlarının böyük növbəsinin yarandığı bildirilir.

Busaat.az xəbər verir ki, bu barədə Meydan TV məlumat yayıb.

Qeyd olunur ki, adının çəkilməsini istəməyən sürücünün bildirdiyinə görə, artıq on gündür ki, 5-6 minə yaxın yük maşını sürücüsü növbə gözləyir: “İrandan yükü vururuq, Astara Gömrük Məntəqəsində 14-15 gün növbə gözləməli oluruq. Bunun da səbəbi odur ki, Azərbaycanda gömrük işçiləri işləmirlər”.

Onun sözlərinə əsasən, şikayətlərinə əhəmiyyət verilmir: “Dəfələrlə şikayət etmişik, məlumat vermişik, xeyri yoxdur. Bir-iki gün yaxşı işləyirlər, üçüncü gün yenidən vəziyyət korlanır. Astara Gömrük Məntəqəsində öz bildiklərini edirlər. Normal işləsəydilər, biz də evimizə-eşiyimizə tez gedib çatardıq. Hələ də buradayıq, növbə gözləyən maşınların ucu-bucağı yoxdur. 2-3 min maşın növbədə gözləyir”.

Azərbaycan Dövlət Gömrük Komitəsin mətbuat katibi Natiq Axundov məsələyə münasibət bildirərkən deyib ki, sözügedən gömrük məntəqəsində Azərbaycan tərəfdən hər hansı problem yoxdur: “Astara gömrük polisi həmişəki kimi gündəlik iş rejimində fəaliyyətini davam etdirir. Azərbaycan tərəfində heç bir problem də yoxdur”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=104153