“Avadanlıqların tozunu silmək üçün gərək efiri “rubilnikdən” söndürəsən”

image-bez-nazvaniyabackend
Busaat.az xəbər verir ki, bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz özünün feysbuk səhifəsində yazıb. O bildirib ki,ildə bir neçə dəfə bütün ölkə üzrə gün ərzində efiri qapamaq çox yanlış, qüsurlu bir addımdır:
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin inhisarçı qurumu olan “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi yenə də Milli Televiziya və Radio Şurasına bir kağız parçası göndərərək bildirib ki, avadanlıqların tozunu silmək üçün, profilaktika məqsədilə ölkədə bütün tele-radio yayımı dayandırılacaq.
Hökumətin və informasiya təhlükəsizliyinə, inhisarçılığa cavabdeh qurumların diqqətinə bir daha  çatdırmaq istərdim ki, ildə bir neçə dəfə bütün ölkə üzrə gün ərzində efiri  qapamaq çox yanlış, qüsurlu bir addımdır.
Ümid edirən NRYTN-nin yeni rəhbərliyi efirə cavabdeh olan MTRŞ ilə birgə nəhayət ki, bu problemi həll edəcək.
Yeri gəlmişkən, NRYTN rəhbərliyinə xatlrladıram ki, bir neçə il öncə alternativ yayım stansiyasının qurulması üçün büdcədən xeyli vəsait də ayrılmışdı”.Məsələ ilə bağlı “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi açıqlama yayıb və bildirib ki, profilkatika işi texniki tələbdir:
“Məqsəd bütün yayım avadanlıqlarında, onların anten-fider sistemlərində müvafiq test-yoxlama, sazlama, təmir-bərpa və digər profilaktik işlərin aparılmasından ibarətdir.
Kompleks profilaktika zamanı bütün radio və televiziya proqramlarının yayımı həm studiyalarda (proqram istehsalçıları tərəfindən), həm də radio-televiziya yayım stansiyalarında (proqram yayımçısı olan “Teleradio” İB tərəfindən Bakı Teleqüllə Kompleksi daxil olmaqla, ölkə üzrə digər 126 stansiyada) dayandırılır”.
Qurumun açıqlamasında həmçinin Alternativ Radio-Televiziya Yayım Stansiyasının da fəaliyyət göstərdiyi bildirilib.
“Bakı Teleqüllə Kompleksində fors-major halları baş verəcəyi zaman yayımlarda dayanma olacağı halda alternativ stansiya olaraq yayımları həyata keçirmək üçün Alternativ Radio-Televiziya Yayım Stansiya yaradılıb. Eyni zamanda, rəqəmli sosial TV paketin də yayımı alternativ RTYS-dən mümkündür. Lakin bunun üçün proqram istehsalçıları kompleks profilaktika zamanı yayım materialını təqdim etməlidir”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki