Məhərrəmlə Siracın xatirəsi əbədiləşdirildi – Fotolar

image-meherrembackend

İyunun 4-də Kəlbəcər rayonunda xidməti fəaliyyətlərini yerinə yetirərkən ermənilər tərəfindən basdırılan minaya düşərək şəhid olan AzTV-nin operatoru Sirac Abışov və “Azərtac”ın əməkdaşı Məhərrəm İbrahimovun xatirəsi əbədiləşdirilib.

Busaat.az AzTV-yə istinadən xəbər verir ki, onların adları “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin ərazisində milli mətbuatımızın şəhidlərinin xatirəsinə yaradılmış memorial abidə kompleksinin anım lövhəsinə həkk olunub.

Şəhidlərimizin ruhuna “Quran” oxunub, daha sonra ehsan verilib.

Qeyd edək ki, Faktla bağlı Azərbaycan Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və digər maddələri ilə cinayət işi başlanılıb. Rəsmi açıqlamaya görə, erməni qanunsuz silahlı birləşmələri işğal zamanı qeyd edilən yoldan döyüş mövqelərinin təminat yolu kimi istifadə ediblər, Kəlbəcər rayonunu tərk edən zaman isə geri çəkildikləri həmin əraziləri minalayıblar.

 











Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki