“Avro-2020″yə 23 yox, 26 futbolçu ilə – UEFA qaydanı dəyişdi

image-avrobackend

UEFA Avro-2020-nin əsasnaməsində dəyişiklik edib.

Busaat.az qurumun saytına istinadən xəbər verir ki, qitənin ali futbol qurumu milli komandaların turnir üçün iştirak ərizəsində oyunçuların sayını 23-dən 26-ya yüksəldib. Bilirilib ki, koronavirusa görə karantin tədbirləri səbəbindən mövcud oyunçu çatışmazlığı ilə qarşılaşan komandaların risklərini azaltmaq üçün, istisna olaraq, bütün yığmaların oyunçu siyahısının artırılmasına qərar verilib. Ancaq hər bir matç üçün heyətə maksimum 23 oyunçu (3-ü qapıçı olmaqla) daxil edilə biləcək.

Xatırladaq ki, Avro-2020-nin oyunlarına Sankt-Peterburq (Rusiya), London (İngiltərə), Münhen (Almaniya), Roma (İtaliya), Buxarest (Rumıniya), Kopenhagen (Danimarka), Sevilya (İspaniya), Qlazqo (Şotlandiya), Budapeşt (Macarıstan), Amsterdam (Niderland) və Bakı (Azərbaycan) ev sahibliyi edəcək. , 11 iyun – 11 iyul tarixlərində keçiriləcək Avropa çempionatının 3 qrup və 1 1/4 final matçı Bakıda olacaq.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90