
Avroliqanın ən yaxşı oyunçusu adına namizədlər açıqlandı
Avropa Liqasında 1/16 final mərhələsinin ilk oyunları keçirilib.
Busaat.az xəbər verir ki, UEFA liqada həftənin oyunçusu adına ənənəvi olaraq ən yaxşı 4 namizədi elan edib.
Bunlar aşağıda adları qeyd edilən futbolçulardır:
– “Tottenhem”dən Qaret Beyl (“Volfsburq”la matçda (4:1) bir qol vurub, bir qolun ötürməsini edib)
– “Mançester Yunayted”dən Brunu Fernandeş (“Real Sosyedad”la oyunda (2:0) dubl edib)
– “Hoffenhaym”dan Maones Dabbur (“Mölde” ilə oyunda (3:3) 2 qol vurub, 1 qolun ötürməsini verib)
– “Dinamo” Zaqrebdən Bruno Petkoviç (“Krasnodar””la görüşdə (3:2) 2 qol vurub).























