Məzmuna keç
  • Azeri Light98.76 $▼3.82%
  • Brent neft92.55 $▲0.88%
  • WTI neft84.88 $▼0.15%
  • Avropa qazı (TTF)85.48 €▲1.71%
  • Təbii qaz (ABŞ)3.173 $▲2.79%
  • Qızıl3 788 $▼2.30%
  • Gümüş45.87 $▼3.40%
  • Pambıq81.30 ¢▼0.06%
  • Buğda605.75 ¢▲1.04%
  • Bitcoin64 398 $▼0.73%
  • Ethereum1 804 $▼1.03%
  • S&P 5007 341▼1.07%
9°Bakı
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
İdman

Avropa Çempionatına 3 gün QALDI

image-avro-2024
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Futbol üzrə Avropa Çempionatının final mərhələsinin başlanmasına 3 gün qalıb.

Busaat.az xəbər verir ki, Avro-2024 iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək.

Turnirə 10 şəhər ev sahibliyi edəcək: Berlin, Dortmund, Düsseldorf, Frankfurt, Gelzenkirxen, Hamburq, Köln, Leyptsiq, Münhen və Ştutqart.

Milli komandalar aşağıdakı qruplarda mübarizə aparacaqlar:

A qrupu: Almaniya, Şotlandiya, Macarıstan, İsveçrə

B qrupu: İspaniya, Xorvatiya, İtaliya, Albaniya

C qrupu: Sloveniya, Danimarka, Serbiya, İngiltərə

D qrupu: Polşa, Niderland, Avstriya, Fransa

E qrupu: Belçika, Slovakiya, Rumıniya, Ukrayna

F qrupu: Türkiyə, Gürcüstan, Portuqaliya, Çexiya

Azərbaycanlı futbol azarkeşlərinin diqqət mərkəzində olacaq qardaş Türki milli komandasının baş məşqçi Vinçenzo Montella turnirə 26 futbolçu ilə yollanır:

Qapıçılar: Altay Bayındır, Mert Günok, Uğurcan Çakır

Müdafiəçilər: Mert Müldür, Zeki Çelik, Abdülkerim Bardakcı, Ahmetcan Kaplan, Merih Demiral, Samet Akaydın, Ferdi Kadıoğlu

Yarımmüdafiəçilər: Hakan Çalhanoğlu, İsmail Yüksek, Kaan Ayhan, Okay Yokuşlu, Orkun Kökçü, Salih Özcan

Hücumçular: İrfan Can Kahveci, Yunus Akgün, Kenan Yıldız, Kerem Aktürkoğlu, Arda Güler, Barış Alper Yılmaz, Bertuğ Yıldırım, Cenk Tosun, Semih Kılıçsoy, Yusuf Yazıcı.

Qeyd edək ki, Türkiyə millisi Avro-2024-dəki ilk oyununu iyunun 18-də Gürcüstana qarşı keçirəcək. İyunun 22-də Portuqaliya ilə üz-üzə gələcək “ay-ulduzlular”ın qrupdakı son rəqibi Çexiya yığması (26 iyun) olacaq.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=140011